Ana 4 aylıq körpəsinin boynunu qıraraq öldürdü - xəsarət yetirmək istəyibmiş
    • 13-09-2019, 21:18
    • 891

Ana 4 aylıq körpəsinin boynunu qıraraq öldürdü - xəsarət yetirmək istəyibmiş

Avstraliyada bir qadın ana olmaq hissini xəyal etdiyi kimi yaşamaması səbəbindən 4 aylıq körpəsinin boynunu qıraraq öldürüb.
News24.az xəbər verir ki, 2017-ci ildə 18 yaşlı Kassandra Roze Dohan adlı qadın körpə qız dünyaya gətirib. Qadın 4 aylıq körpəsini öldürüb.
Uşağın atası duşdan çıxarkən, qızının qan içində olduğunu görüb. Atası tərəfindən dərhal xəstəxanaya çatdırılan Anastasiya bir müddət müalicə altında olub. Lakin o, bir neçə gün sonra ölüb. Araşdırma nəticəsində məhkəmə ananın qızını öldürmək istəmədiyini, yalnız ona xəsarət yetirmək istədiyini aşkarlayıb.
Əvvəlcə cinayəti qəbul etməyən, daha sonra günahını etiraf edən ana 13 il həbs cəzası alıb.