-
- 11-09-2020, 11:50
- 11 880
Sevgilisini parkda öldürən qadına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Ramiz Hüseynovu öldürməkdə təqsirləndirilən 37 yaşlı Günel Qasımovanın məhkəməsi yekunlaşıb.
News24.az-ın verdiyi xəbərə görə, hakim Azər Paşayevin hökmü ilə G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Günel həmin gün evdən çıxarkən həyat yoldaşına “Rənanın ad gününə gedirəm” deyib. G.Qasımovanın həyat yoldaşı Rəhim Qasımov bildirib ki, 2004-cü ildən evli olublar: “Hadisə baş verən gün Günel mənə dedi ki, iş yoldaşı Rənanın ad gününə gedir”.
İttihama görə, mərhumla aralarında sevgi münasibəti olan Günel bir neçə dəfə ona borca pul verib. Ramiz Hüseynovun borcu geri qaytarmaması Güneli qəzəbləndirib və qisas almağı planlaşdırıb. Günel hadisədən əvvəl Ramiz Hüseynova mesaj yazaraq pulu qaytarmadığı üçün ondan qisas alacağını deyib.
Günel hadisədən sonra izi itirmək üçün parkda olan nəzarət kameralarının əks istiqamətinə, qaranlıq əraziyə doğu hərəkət edib. Günelin mərhuma sonuncu mesajı "İnanmıram, ona görə başlayıram. Sənin sonunu da görəcəm..." məzmununda olub.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Abşeron rayonunda baş verib. Xırdalanda yaşayan 40 yaşlı Ramiz Hüseynov parkda bıçaqlanıb və çoxlu qan itirdiyindən hadisə yerində ölüb. Onu öldürüb hadisə yerindən qaçmaqda şübhəli bilinən Günel Qasımova həbs edilib. / qafqazinfo/