Rəhim Pişik Günelin yalanını üzə çıxardı - VİDEO
    • 17-07-2018, 14:20
    • 1 356

Rəhim Pişik Günelin yalanını üzə çıxardı - VİDEO

Xəbər veridiyimiz kimi, pişik ləqəbli Günel Ələkbərova "ATV maqazin 10larla" verilişində həmkarı Rəhim Rəhimlinin illər öncə ona 3 min dollar məbləğində mahnı satdığını, lakin hələ də sözügedən bəstənin ona təqdim olunmadığını deyib. 

G.Ələkbərovanın iddiasına qarşı tərəfin cavabı da gecikməyib. Belə ki, Rəhim Rəhimli Günel Ələkbərovanın bu addımını gündəmə gəlmək istəyi kimi dəyərləndirib:

"Həmin açıqlamadan sonra onunla əlaqə saxladım. Ondan hansı mahnı və puldan danışdığını soruşdum. Çünki dediyi mahnının 15 il öncə yazmışdım. Ona mahnının keçən il radioda eşitdiyimi dedim və radioları bir-bir gəzib, tapdım.

Daha sonra mənə dedi ki, "Rəhim sənin yerində olsaydım, efirə çıxıb cavab verərdim ki, gündəm olaq. Çünki, hazırda yatdın, batdın dövrüdür".

Günelin bu açıqlamasından sonra nəinki hit, heç 10 faiz tutmaq şansı olan mahnı da təqdim etməyəcəyəm".

Teymur Məmmədov
//Muz TV