DİM sədri: "Qiyabi təhsilə verilən yerlər çox azdır"
    • 11-09-2020, 13:10
    • 443

DİM sədri: "Qiyabi təhsilə verilən yerlər çox azdır"

III qrup üzrə 21 mindən çox abituriyent imtahan verib, onlardan 15308 nəfər müsabiqəyə buraxılıb. Müsabiqəyə buraxılan 2576 abituriyentin 150-200 bal arası nəticələri var. 200-dən yuxarı bal toplayanlar 1538 nəfərdir. Müsabiqəyə buraxılanların 3000 nəfəri plan yerindən kənarda qalacaqsa, deməli, 150-200 bal toplayan abituriyentlərin hansısa ixtisasa qəbul olması imkanı azdır. III qrupda qiyabi təhsilə verilən yerlər çox azdır. 425 yer ayrılıb.

News24.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədrinin sözlərinə görə, subbakalavrların da balı 150-200 baldır, onların da qəbul olmaq üçün çox az ehtimalı var: "Bu ehtimala görə onlar regional ali məktəbləri seçməlidirlər, çünki keçid balları daha aşağıdır, ya da özəl ali məktəbləri seçməlidirlər".