-
- 10-09-2020, 15:47
- 1 028
"Düzgün seçim eləsələr, hamısı qəbul olunacaq" - Məleykə Abbaszadə
“Bu il II qrup müsabiqə şəraitinə görə ən rahat qrupdur”.
News24.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri (DİM) Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, II qrup üzrə müsabiqəyə buraxılan bakalavr və subbakalavrlar düzgün seçim eləsələr, hamısı qəbul olunacaq: “Çünki müraciətlərin sayı plan yerləri ilə demək olar ki, eynidir”.
DİM sədri deyib ki, bu il II ixtisas qrup üzrə 13800 yer ayrılıb. Bunlardan 12795 əyani, 1005 yer isə qiyabidir: "Əvvəlki illərin turizm sahəsində işləyən məzunları var ki, onlar qiyabi təhsil almalıdır. Ona görə də bəzi ixtisaslarda qiyabi təhsildə müsabiqə vəziyyətində gərginlik əyani təhsilə nisbətən çox ola bilər. 200 baldan yuxarı nəticə göstərən, müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı 5356 nəfərdir. Amma həmin qrupda 5240 subbakalavr da ərizə verib. Bir şeyi də deyim ki, 201 bal yığan abituriyent bütün subbakalavrlara qalib gələcək. 150 bal toplayan (II mərhələdə isə 50 baldan yuxarı nəticə qazananlar) abituriyentlərin sayı 7682-dir. Yenə də bu cədvələ 5240 subbakalvr da əlavə oluna bilər. Subbakavrlar ilkin təhsil aldıqları ixtisasa uyğun seçə bilərlər. II qrupa 13800 yer verilibsə, bunların 8690-ı 200 baldan yuxarı nəticə göstərib, 150 bala aid olan yerlərin sayı 4752 yerdir.
II qrupda 4053 nəfər 280 baldan yuxarı nəticə göstərib, onlar dövlət hesablı yerlərdə oxuya bilərlər, amma dövlət hesablı yerlər müxtəlif ixtisaslara aiddir. Burada ödənişli, yoxsa dövlət hesabına oxumaq hər bir abituriyentdən özündən asılıdır". /APA/