Sinifdə koronaviruslu şagird aşkarlanarsa məktəb bağlana bilər
    • 11-09-2020, 17:00
    • 639

Sinifdə koronaviruslu şagird aşkarlanarsa məktəb bağlana bilər

"Biz valideynlərə müraciət edirik ki, sizin övladlarınızın səhhətində hər hansı bir problem varsa, övladlarınızı məktəbə gətirməyin. Bu məqamda bizə valideynlər özləri kömək etməlidir. Hansısa bir sinifdə və ya uşaqda COVID-19 aşkarlanacağı təqdirdə məktəbin və ya sinifin bağlanacağına qərar verəcəyik".

News24.az xəbər verir ki, Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.