Ağstafa 4 tondan çox çətənə kolu məhv edilib
    • 12-09-2020, 15:50
    • 1 144

Ağstafa 4 tondan çox çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Soyuq Bulaqlar qəsəbəsi ərazisində 1,2 hektar sahədə yabanı halda bitmiş və ümumi çəkisi 4 ton 230 kiloqram olan 4700 çətənə kolu aşkarlayıblar.

Çətənə kolları yandırılaraq məhv edilib.