Neftçalada 4 ton çətənə kolu məhv edilib
    • 26-08-2020, 18:20
    • 601

Neftçalada 4 ton çətənə kolu məhv edilib

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Surra kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, ümumi çəkisi 4 tondan artıq olan 4114 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.