Ağstafada 3 tondan çox narkotik məhv edildi
    • 31-08-2019, 00:20
    • 807

Ağstafada 3 tondan çox narkotik məhv edildi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən News24.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Qarayazı qəsəbəsi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 3150 kiloqram olan, hər birinin hündürlüyü 160-220 sm olan 4500 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.