YAP bu tələbələrə TƏQAÜD VERƏCƏK
    • 14-09-2020, 11:36
    • 463

YAP bu tələbələrə TƏQAÜD VERƏCƏK

“Pandemiya dövründə dərs ilinin başlanmasını Yeni Azərbaycan Patiyası yeni layihəsi ilə qarşılayır. Ən yüksək təhsil nəticələri göstərən 10 nəfər universitet tələbəsinin hər birinə ayda 50 AZN məbləğində partiya təqaüdü verilməsi qərarı alınıb. Partiya təqaüdünə namizədlərin Təhsil Nazirliyi tərəfindən təqdim edilməsi nəzərdə tutulur. Hesab edirik ki, Yeni Azərbaycan Patiyasının bu addımı pandemiya dövründə və ondan sonra Azərbaycanda təhsilin populyarlaşdırılmasına, gənclərimizin biliklərə yiyələnməyə həvəslərinin daha da güclənməsinə töhvə verə biləcək”. 

News24.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası tərəfindən yeni layihəyə start verilməsi ilə əlaqədar YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev səsləndirib.

Hüseyn Paşayev daha sonra qeyd edib ki, 2004-cü ildən etibarən Yeni Azərbaycan Patiyası tərəfindən məktəblilərin “Heydər Əliyev” inşa yazısı müsabiqələrinin qalibləri olmuş universitet tələbələrinə də təqaüdlər verilir. Hazırda 70 nəfər tələbə bu cür təqaüdləri alır. Ümumiyyətlə 2004-cü ildən bu yana 150-dən artıq tələbəyə Yeni Azərbaycan Patiyasının təqaüdləri verilib.