"Xəzər TV" daha bir xanım aparıcını transfer etdi
    • 14-09-2020, 15:57
    • 1 834

"Xəzər TV" daha bir xanım aparıcını transfer etdi

ARB TV-də "Faydalı saat” proqramı ilə efirə çıxan dietoloq Tutu Zeynalova işdən ayrılıb.
 
O, yeni mövsümdən "Xəzər TV”də efirə çıxacaq.
 
Qeyd edək ki, T.Zeynalova 2016-cı ildə "Xəzər TV”də "Həkim işi” proqramına aparıcılıq edirdi. 2017-ci ildə isə sözügedən kanalla yollarını ayırıb, 2018-ci ildə "ASAN radio”da çalışmağa başlayıb. Ötən mövsüm isə ARB TV-də efirə çıxıb.
 
Bundan öncə də ATV-nin tanınmış siması Lalə Azərtaş da "Xəzər" televiziyasına keçid edib. Axşam.az