Makqreqor izləyicisinə təhqirə görə təşəkkür etdi
    • 15-09-2020, 12:42
    • 444

Makqreqor izləyicisinə təhqirə görə təşəkkür etdi

İrlandiyalı döyüşçü Konor Makqreqor Korsika istirahət edən zaman həbs olumasına münasibət bildirib.

News24.az RİA-ya istinadən xəbər verir ki, 32 yaşlı döyşçünün Korsika adasında cinsi zorakılığa və ədəbsiz davranışa görə həbs olunduğu qeyd edilib.

Daha sonra K.Makqreqorun vəkili döyüşçünün həbs müddəti bitmədən sərbəst buraxıldığını və ona qarşı irəli sürülən bütün ittihamların ləğv edildiyini açıqlayıb.

"Twitter" hesabında məsələ ilə bağlı izləyicisinə şərh yazan döyüşçü baş verənlərə görə məyux olduğu yazıb:"Daha belə bacarmıram, əzilmişəm.  Həyatımdakı bu dəhşətli dövrdə məni zəhərləyirsiniz. Amma ailəm, məni sevən və dəstəkləyən insanlar üçün güclü olmağa çalışıram. Təhqirlərə görə təşəkkür edirəm, ikiüzlü".