“Barselona” Pyaniçi təqdim edib
    • 15-09-2020, 18:22
    • 736

“Barselona” Pyaniçi təqdim edib

İspaniyanın “Barselona” klubu yeni transferi Miralem Pyaniçi təqdim edib.

News.az Apasporta istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisində geyinəcəyi forma nömrəsi də müəyyənləşib.

Yay fasiləsində əks cəbhəyə - “Yuvenus”a keçən Artur Ramosdan sonra boş qalan 8 nömrəli forma Bosniya və Herseqovina millisinin üzvünə verilib. Koronavirus infeksiyasından sağalan oyunçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Miralem Pyaniç “Barselona” ilə 4 illik müqavilə imzalayıb. Onun sərbəst qalma məbləği 400 milyon avrodur.