-
- 17-09-2020, 11:35
- 718
Mahir Emreli: "Penalti vuranları Qurban Qurbanov müəyyənləşdirirdi"
"Komanda oyunu baxımından matçın yaxşı alındığını düşünürəm. Hərçənd, hər birimiz qol şanslarını qaçırdıq. Nəticədə görüşün taleyi penaltilər seriyasına qaldı. Penaltilər isə lotereya kimidir. Nə isə demək çətin olur".
News24.az bu fikirləri açıqlamasında "Qarabağ"ın futbolçusu Mahir Emreli UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdıqları oyun barədə danışarkən deyib.
23 yaşlı hücumçu bildirib ki, komanda öz oyununu daha da yaxşılaşdıraraq, Avropa Liqasının pley-off mərhələsinə hazırlaşmalıdır: "Onsuz da bu oyunu düşünəsi olsaq, heç nə dəyişməyəcək. Bu il də hədəfimiz Çempionlar Liqası və ya Avropa Liqasının qrupuna düşmək idi. İnanıram ki, hər birimiz qarşıdakı oyuna köklənərək Avropa Liqasının qrupuna vəsiqə qazanacağıq".
"Molde"yə məğlubiyyətin səbəblərini də açıqlayan Azərbaycan millisinin oyunçusu bunu son zərbələrdəki qeyri-dəqiqliklə əlaqələndirib: "Rəqib qapıçı da yaxşı oynadı. Futbol ictimaiyyətinin "Qarabağ"a inamı bizi doğrudan da sevindirir. Amma mən meydanı 105-ci dəqiqədə tərk etmişdim. Sonradan nəyin necə olduğunu bilmirəm. Səhv etmirəmsə, penaltini vurmağa kimin yollanacağını baş məşqçimiz Qurban Qurbanovun özü müəyyənləşdirirdi".
Qeyd edək ki, "Qarabağ" əsas və əlavə vaxtı qolsuz tamamlanmış oyunda "Molde"yə penaltilər seriyasında uduzub - 5:6. /APA/