Sabah bu rayonda içməli suyun verilişində məhdudiyyət olacaq
    • 17-09-2020, 17:12
    • 568

Sabah bu rayonda içməli suyun verilişində məhdudiyyət olacaq

Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sabah Bakının Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərçiyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə News24.az-a “Azərsu” ASC-dən bildirilib.