Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyib
    • 18-09-2020, 09:54
    • 501

Xaçmazda kürəkən qayınana və qayınatasını güllələyib

Xaçmaz rayonununda qətl hadisəsi baş verib.

News24.az xəbər  verir ki, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qayınatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə  yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi  yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.