Ziya Məmmədovun qardaşı oğlunun məclisində rəqqasə Aygünün başına BELƏ PUL SƏPƏLƏNDİ - EKSKLÜZİV - VİDEO
    • 18-09-2020, 14:22
    • 1 437

Ziya Məmmədovun qardaşı oğlunun məclisində rəqqasə Aygünün başına BELƏ PUL SƏPƏLƏNDİ - EKSKLÜZİV - VİDEO

Bir neçə ay öncə, ciddi karantin rejiminin tətbiq olunduğu dövrdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlunun məclisi keçirilib.

News24.az-a daxil olan görüntülərdə rəqqasə Aygünün də orda iştirak etdiyi,  xüsusi rəqs şousu ilə çıxış etdiyi görünür. Məclisdə rəqqasənin başına külli miqdarda pul səpələnib. Məlumata görə, məclisdə iştirak edənlər, o cümlədən rəqqasə karantin qaydalarını pozduğuna görə 200 manat da cərimələnib.

Məsələylə bağlı rəqqasə ilə əlaqə saxladıq. O, bildirib ki, sözügedən məclis karantindən öncə baş tutub: "Məni heç kim cərimələməyib. Yalan söhbətdir. Karantində heç bir məclisdə iştirak etməmişəm, məni şərləyirlər. Başıma oyun açmaq istəyirlər. Bu məclis martın əvvəlində olub. Başqaları gedirlər, çünki qiymətləri ucuzdur. Mən baha gedirəm, ona görə də, getmirəm. Videodakı pullar da sünidir. Məclisdən video paylaşmadım, hətta sildim, çünki icazə vermədilər. Əlimdə saat və tarixi göstərən videolar var. Mən övladımın gələcəyi üçün rəqs edirəm. Müəyyən qazanc əldə edib bir müddət sonra onu ölkədən köçürmək istəyirəm". 

Məclisdən olan eksklüziv görüntüləri təqdim edirik: