Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi
    • 19-06-2019, 14:38
    • 968

Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verildi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova Milli Məclisdə yeni vəzifə verilib. 

News24.az unikal.org-a istinadla xəbər verir ki,  dünən Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində  inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında  sərəncam imzalanıb. 

Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Bu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışacaq.

Məsələ ilə bağlı Elton Məmmədov  bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: "Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək