Baş Prokurorluq müəllimənin intiharı ilə bağlı daha bir məlumat yaydı
    • 18-09-2020, 14:44
    • 711

Baş Prokurorluq müəllimənin intiharı ilə bağlı daha bir məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın, qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Xəbər verildiyi kimi, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.  

"Qeyd edilənlərlə bağlı, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərindən, cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə, istintaqın hazırki mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinmələri xahiş olunur".