Azərbaycanda bu il 125 məzun məktəbi qızıl medalla bitirdi
    • 18-09-2020, 17:20
    • 594

Azərbaycanda bu il 125 məzun məktəbi qızıl medalla bitirdi

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb. 

News24.az xəbər verir ki, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub. 

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.