"Səni hələ də sevməyim məni məhv edir..." - AYSEL ŞÜKÜR
    • 19-09-2020, 10:35
    • 2 398

"Səni hələ də sevməyim məni məhv edir..." - AYSEL ŞÜKÜR

Blogger Aysel Şükür bir müddət öncə boşandığı həyat yoldaşına sevgisini etiraf edib.

News24.az
xəbər verir ki, o, bununla bağlı "İnstagram"da video paylaşıb: "Səninlə bağlı ağlımdakıları təsadüfi bir anda xatırlamaqdan qorxar olmuşam artıq. Öyrəşdim dediyim bir vaxtda sənin ağlıma gəlməyin hələ də mənə yaxşı təsir etmir desəm, tam yeridi. Səhv başa düşmə, səndən nifrət etmərəm əsla, amma səni hələ də sevməyim məni məhv edir. İndilik sadəcə zamanın mənə yaxşı gəlməsini istəyirəm, bir az zamana, hətta çoxca zamana ehtiyacım var. Sənin üçün darıxmamağa çalışıram, lakin olmur. Bacarmıram... Və bəzən üzünə baxıb səndən səni sevdiyim üçün üzr istəmək keçir içimdən. Amma “eybi yox” deyərsən deyə əl çəkirəm bu düşüncəmdən. Kimsəsi olmayan, hara gedəcəyini bilməyən bir insan kimi öz yerimdə fırlanıram. Amma yenə də hər şeyə rəğmən canın sağ olsun".

Sevda Bayramova