Bakıda onkoloji xəstə intihar etdi
    • 24-09-2020, 12:15
    • 657

Bakıda onkoloji xəstə intihar etdi

Bakıda 68 yaşlı kişi özünü öldürüb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

Rayon sakini, 1952-ci il təvəllüdlü Ənvər Eynulov yaşadığı mənzildə özünü asaraq intihar edib. Onun onkoloji xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.