Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
    • 24-09-2020, 13:48
    • 556

Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının və Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

News24.az xəbər verir ki, bunu Xidmətin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini İlkin Əliyev olduğu və təbiətə 1023 manat ziyan dəydiyi məlum olub: "Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda istintaq aparılır”.