Dünya çempionu İlham Zəkiyev ƏMƏLİYYAT OLUNDU - FOTO
    • 24-09-2020, 15:20
    • 694

Dünya çempionu İlham Zəkiyev ƏMƏLİYYAT OLUNDU - FOTO

Paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu İlham Zəkiyev əməliyyat olunub.

Bu barədə idmançı News24.az-a İlham Zəkiyevin özü məlumat verib: "Hazırda Türkiyənin İstanbul şəhərindəyəm. Ötən gün sağ dirsəyimdən əməliyyat olundum, bu gün isə həkimlər sarığı çıxartdılar. Zədə aldığıma görə həkimlər əməliyyatı məsləhət gördülər. Cüdo Federasiyası bütün maliyyəni öz üzərinə götürdü. Düzdür əməliyyat bir az ağır keçdi, amma nəticə yaxşı oldum. Allahın izniylə də bazar günü vətənə qayıdıram". 

Sevda Bayramova