Bakı sakini nənəsini və bibisini öldürüb - TƏFƏRRÜAT - FOTO
    • 24-09-2020, 18:18
    • 1 426

Bakı sakini nənəsini və bibisini öldürüb - TƏFƏRRÜAT - FOTO

Bakıda dəhşətli qətl törədilib.

News24.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər.  

İlkin araşdırmalar zamanı hadisənin E.Cavadovanın nəvəsi Samir Cavadov tərəfindən törədildiyi müəyyən edilib.

Məlumata görə, Esmira Cavadova və qızı eyni ünvanda yaşayıblar. Hadisəni törətməkdə şübhəli bilinən Samir isə anası dünyasını dəyişdikdən sonra nənəsinin və bibisinin evində yaşamağa başlayıb. Ailədaxili münaqişə zəminində  Samir nənəsi Esmira Cavadovaya və bibisi Tamella Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Hər iki şəxs aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Daha sonra şübhəli şəxs paltarlarını dəyişərək evdən qaçıb. Hazırda onun yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Qeyd edək ki, Tamella Cavadova müəllim olub.