128 mehmanxanada epidemiya əleyhinə qaydalar pozuldu
    • 25-09-2020, 17:46
    • 552

128 mehmanxanada epidemiya əleyhinə qaydalar pozuldu

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət monitorinq qrupu tərəfindən mehmanxanalarda yoxlama nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan News24.az-a verilən məlumata görə, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 21-24 sentyabr 2020-ci il tarixlərində xüsusi monitorinq qrupları tərəfindən 148 mehmanxanada reydlər keçirilib. Aparılan yoxlamalar zamanı ümumilikdə 128 obyektdə epidemiya əleyhinə, habelə COVID-19-un profilaktikasına dair zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib. Fəaliyyətində nöqsanlar aşkarlanmış mehmanxanalarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.
Həmçinin mehmanxana sahiblərinə və orada çalışan işçi heyətə koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili ilə bağlı zəruri tələblər və qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Qeyd edək ki, aidiyyəti dövlət qurumları ilə birlikdə təşkil olunan monitorinq qrupları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.




1 / 2