DTX-nin tutduğu nazirlik işçiləri hakim önünə çıxır
    • 26-09-2020, 10:35
    • 742

DTX-nin tutduğu nazirlik işçiləri hakim önünə çıxır

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev yenidən məhkəməyə müraciət ediblər.

News24.az xəbər verir ki, sabiq XİN əməkdaşları həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyirlər. Onların şikayətinə bu gün Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İlqar Əliyev və Nurupaşa Abdullayev DTX tərəfindən saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. /Qafqazinfo.az/