-
- 26-09-2020, 11:11
- 1 200
“Onun xəstələndiyini eşidəndə...” - HACI NURAN - FOTOLAR
Xəbər verdiyimiz kimi, Xalq artisti Fəxrəddin Manafovun səhhətində problem yaranıb.
News24.az xəbər verir ki, teleaparıcı Hacı Nuran Xalq artistinə baş çəkmək üçün evinə gedib.
O, Fəxrəddin Manafov haqqında bu sözləri bildirib: “Dostlarımın xəstəlik xəbəri məni həmişə üzüb. Onun xəstə olduğunu eşidəndə özümə yer tapmadım. Mütləq yanında olmalı, onu görməliydim. Axı o da mənim kimi narahat adam idi. Mənim xəstə olduğumu eşidən kimi gecəykən xəstənaya gələn o insanı qapıdan buraxmadıqlarından saatlarla gözləmişdi də. "Gedin, siz Allah", desəm də o xəstəxana həyətində dayanmışdı. Çünki bilirdi ki, mən ordayam. Elə olan halda mən heç bir dəqiqə belə yubana bilərdimmi onun xəstələndiyini eşidəndə? Əlbəttə, yox. Elə buna görə də Fəxrəddin Manafovun qapısını həmən döydüm. Onun xəstəhal görkəmini heç görmək istəməzdim. Amma insanlıq halıdır. Xəstələnmək də olur, nasazlıq da. Vahidə xanım da üzgün idi...Amma məni görən kimi hər ikisinin kefi açıldı. Danışdıq, güldük və sağollaşanda dedi: Sən gəldin, sağaldım. Həmişə sağlam, gümrah ol, əziz insan. Sənsiz günümüz olmasın!"
Sevda Bayramova