Bakıda karantin qaydalarını pozan restoran aşkar edilib
    • 26-09-2020, 12:13
    • 501

Bakıda karantin qaydalarını pozan restoran aşkar edilib

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.   

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Ş.Kamilov küçəsində yerləşən “Olympus” PUB restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub.

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.