-
- 27-09-2020, 18:43
- 619
Azərbaycanda hərbi vəziyyət ELAN OLUNDU - SAAT 21:00-DAN...
“Prezident İlham Əliyevin fərmanı ilə ölkə ərazisində hərbi vəziyyət elan edilib”.
News24.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Fərmanda Konstitusiyanın 109-cu bəndi və 111-ci bəndi nəzərə tutularaq, qərara alınıb ki, 2020-ci il 28 sentyabr saat 00.00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilsin.
Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Beyləqan, Ağdam, Tərtər, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21.00-dan saat 06.00-a qədər komendant vəziyyəti elan edilib.
Komendant saatı dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan küçəyə çıxması qadağan edilir.
Nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi tədbirlər görüləcək.
Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görəcək. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya, qanunlara uyğun olaraq tətbiq ediləcək.
Fərman təsdiq edilməsi üçün Milli Məclisə göndərilib.
XİN-ə müvafiq vəzifələri həyata keçirməyi təmin etmək tapşırılıb.
Asan Xidmət və Daxili İşlər Nazirliyi vasitəsi ilə icazələrin alınması həyata keçiriləcək.
Qeyd edək ki, Milli Məclis ölkə ərazisində hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib.