"Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib" - Hikmət Hacıyev
    • 28-09-2020, 11:23
    • 589

"Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib" - Hikmət Hacıyev

"Dünən Ermənistanın təxribatından sonra dərhal Azərbaycan Ordusu əks həmlə əməliyyatı həyata keçirib".

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda qoşunların təmas xətti boyunca hərbi əməliyyatlar davam etməkədir: "Onlar hər zaman mülki əhalini hədəfə alırlar. Bu gün Tərtərdə xalçaçılıq fabrikinə ciddi ziyan dəyib".