-
- 21-07-2020, 11:28
- 676
“Çətin vəziyyətə düşən Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu” - Hikmət Hacıyev
“Çətin vəziyyətə düşən erməni lobbisi və Ermənistan Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”.
News24.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan çətin vəziyyətə düşəndə yenə mülki obyektləri hədəf almağa başladı: “Xocalıda olduğu kimi yenə Azərbaycanın yaşayış obyektləri hədəfə alınırdı. Azərbaycan Ordusu Ermənistanın atəş məntəqələrini susdurub. Təəssüf ki, 76 yaşlı bir mülki şəxs həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli tədbirləri nəticəsində mülki əhaliyə vurulmaq istənilən zərbənin qarşısı alınıb. Prezident İlham Əliyevin sərəncamı ilə mülki əhaliyə, dövlət mülkiyyətinə dəymiş zərərin qiymətləndirilməsi aparılır. Ermənistanın bu hücumları beynəlxalq sənəd və razılaşmalara ziddir. Ermənistan törətdiyi bu əməllərə görə məsuliyyət daşımaqla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyi də beynəlxalq hüquqa görə cinayət məsuliyyəti daşıyır”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistanın atəş məntəqələri qəsdən yaşayış məntəqələrinin içərisində yerləşdirilib: “Bununla da mülki obyektləri hədəfə çevirməyə çalışırdılar. Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində bu niyyət də baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən kritik infrastrukturların hədəfə alınması nəzərdə tutulmayıb. Ancaq Ermənistan Azərbaycan ərazisindəki kritik infrastrukturların hədəfə alınmasını nəzərdə tutduqlarını bəyan edib”. /APA/