“Silahlı qüvvələrimiz tərəfindən rəşadətli döyüş əməliyyatları davam etdirilir” - Hikmət Hacıyev
    • 28-09-2020, 12:28
    • 604

“Silahlı qüvvələrimiz tərəfindən rəşadətli döyüş əməliyyatları davam etdirilir” - Hikmət Hacıyev

“Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə qismən səfərbərlik elan edilib. Bu istiqamətdə tədbirlər həyata keçiriləcək”.

News24.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, indiyə qədər keçirilən hərbi toplanış tədbirləri çərçivəsində ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi prosesi həyata keçirilirdi: “Dünən Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Naftalan rayonunda 1 ailənin 5 üzvü həlak olub. Həmin ailənin yaxınlarına başsağlığı veririk. Bu, ermənilərin döyüş xislətini göstərir. Qorxaq və acizcəsinə mülki əhalini hədəfə alırlar. Bu gün səhərdən də onlar Tərtər rayonunda mülki əhalini hədəfə alırlar. Azərbaycan Respublikasının silahlı qüvvələri onlara lazımi cavabı verir və düşmən yerində oturdulur. Silahlı qüvvələrimiz tərəfindən rəşadətli döyüş əməliyyatları davam etdirilir”.