Tərtərdə təcili tibbi yardım maşını vuruldu - FOTOLAR
    • 28-09-2020, 12:38
    • 4 537

Tərtərdə təcili tibbi yardım maşını vuruldu - FOTOLAR

Tərtər rayonunda təcili tibbi yardım avtomobili vurulub.

News24.az xəbər verir ki, avtomobilin sürücüsü, 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu ağır yaralanıb.

Təcili tibbi yardım maşını rayonun "Bazar" deyilən ərazisinə atılan atəş nəticəsində vurulub. Daha sonra sürücü maşını irəliyə sürmək istəyən zaman ağaca çırpılıb. /Qafqazinfo.az/