Ermənilərin Ağdamda dinc sakini öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb
    • 28-09-2020, 12:55
    • 601

Ermənilərin Ağdamda dinc sakini öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ermənilərin Ağdamda dinc sakini öldürməsi faktı ilə  bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, faktla bağlı Ağdam rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 

Qeyd edək ki, bu gün düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə qrad qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu Evoğlu kənd sakini, 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu həlak olunub.