-
- 28-09-2020, 15:35
- 709
Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olundu
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə etdiyi dəyişikliyi ləğv edib.
QSC-dən News24.az-a verilən məlumata görə, ADY çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişikliyi ləğv edib. Beləliklə, Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.
Xatırladaq ki, ölkədə komendant saatının tətbiq edilməsi ilə əlaqədar ADY Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik etmişdi.