Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması yalandır - RƏSMİ
    • 29-09-2020, 18:32
    • 555

Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması yalandır - RƏSMİ

“Qarabağ səmasında Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”.

News24.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.