Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb - MN

Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb - MN Maraqlı
Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.