“Harop”la düşmənin hərəkətdə olan hərbi texnikası vuruldu – VİDEO
    • 30-09-2020, 18:36
    • 776

“Harop”la düşmənin hərəkətdə olan hərbi texnikası vuruldu – VİDEO

Azərbaycan hərbçilərinin bu gün gerçəkləşdirdikləri “Harop” atışı ilə Ermənistan Ordusunun dartıcı avtomobili və yedəkdə daşınan topu vurulub.

News24.az Azeri Defence saytına istinadən məlumatına görə, “Harop”un özünün son bir neçə saniyəsinə qədər qeydə aldığı görüntüdə yüksək sürətlə hərəkət halında olan avtomobilin və topun məhv edildiyi əksini tapır.

Qeyd edək ki, “Harop” kamikadze pilotsuz uçuş aparatı sabit (hərəkətsiz) hədəfləri vurmaq üçün təyinatlandırılıb. Təqdim edilən görüntü Azərbaycanın “Harop” operatorlarının yüksək hazırlığa və peşəkarlığa sahib olduğunu göstərir.

Qeyd edək ki, bu gün  “Harop” atışı ilə cəbhənin şimalında – Murovdağ yüksəkliyi yaxınlığında Ermənistan Ordusunun 20 nəfərlik bölməsi, sentyabrın 29-da düşmənin işğal altındakı Azərbaycan ərazilərinə göndərdiyi bir avtobus canlı qüvvə, sentyabrın 28-də isə Ermənistan Ordusunun Baş Kəşfiyyat İdarəsinin rəisi məhv edilib.