“Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir” - Anar Eyvazov
    • 2-10-2020, 14:49
    • 947

“Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir” - Anar Eyvazov

“Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir”.

News24.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən könüllülər qorxaraq döyüşə girməkdən imtina edir: “Bunun əvəzində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılır. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Fizuli istiqamətində düşmənin müqaviməti qırılıb və geri çəkilməyə məcbur edilib. Murov istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”.