"Mən şeytanın ümidini üzən millətəm" - VİDEO
    • 2-10-2020, 16:21
    • 4 769

"Mən şeytanın ümidini üzən millətəm" - VİDEO

Azərbaycanın məşhur simaları bir araya gələrək yeni bir vətənpərvər layihəyə imza atıblar.

News24.az xəbər verir ki, müğənnilər Ramal İsrafilov, Samir Piriyev, Emil Bədəlov, Yaşar Cəlilov, Elçin Cəfərov, Ayaz Qasımov, Xəyyam Nisanov və şair, qiraətçi Xəzər Süleymanlı "Millətim" adlı ekran işini təqdim ediblər.

Mahnının sözləri Xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi Elçin Cəfərova, aranjımanı Tərlan Məmmədhüseynova məxsusdur. Ekran işinin rejissoru Orxan Əliyev, prodüseri isə Vüqar Şəfiyevdir.

Sevda Bayramova