"Bu mübarizə Qarabağ işğaldan azad olana qədər davam edəcək" - Ərdoğan
    • 2-10-2020, 22:20
    • 576

"Bu mübarizə Qarabağ işğaldan azad olana qədər davam edəcək" - Ərdoğan

"Ermənistan alçaq qətliamlarla  işğal etdiyi Qarabağ problemi hələ həll olunmamış bir daha Azərbaycan torpaqlarına hücum etdi. Ancaq bu dəfə heç gözləmədiyi nəticə ilə qarşılaşdı".

News24.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə başçısı bildirib ki, Azərbaycan dövləti həm öz torpaqlarını qorumaq, həm də işğal altındakı Qarabağı azad etmək üçün böyük əməliyyata başlayıb: "Bu günə qədər cəbhədə uğurla irəliləyən Azərbaycan ordusu bir çox ərazini işğaldan azad etdi. Bütün qəlbimiz və imkanlarımızla dost, qardaş Azərbaycanın yanlndayıq. İnşallah Qarabağ işğaldan azad olana qədər bu mübarizə davam edəcək".