-
- 25-09-2020, 17:32
- 740
Ermənistan terrorçu dövlətdir - Ruhi Əliyeva yazır
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatındakı videoformatda çıxışı zamanı səsləndirdiyi fikirlər hər bir azərbaycanlı kimi mənim də ürəyimcə oldu. Cənab Prezidenti bəlkə də, dünyaya sonuncu dəfə açıq şəkildə bəyan etdi ki, artıq Qarabağ probleminin uzanmasının qəti əleyhinədir və o, erməni dövlətinin bir terror dövləti olduğunu, 30 ildir ki, BMT-nin qətnamələrinə məhəl qoymadığını, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq Qarabağa PKK və Livan terrorçularını yerləşdirdiyini, öz təcavüzkar siyasətindən heç bir zaman əl çəkmədiyini bütün dünyanın diqqətinə çatdırdı. Cənab Prezidentin göstərdiyi iradə, dünyaya açıq və kəsərli mesajı, BMT və digər beynəlxalq təşkilatlardan erməni dövlətinə qarşı sanksiyaların tətbiq etməsini tələb etməsi onun bir siyasətçi və şəxsiyyət kimi yüksək xarizmasının göstəricisidir".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva "Facebook" hesabında yazıb. İş xanımı bildirib ki, ermənilərin törətdiyi saysız-hesabsız cinayətlər, terror aktları, günahsız və köməksiz insanları, qadın və uşaqları vəhşicəsinə qətlə yetirmələrinə bütün beynəlxalq təşkilatlar sərt və kəsərli təpki göstərməlidir:"Cənab Prezident çox gözəl vurğuladı ki, işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması barədə BMT-nin dörd qətnaməsinin Ermənistan tərəfindən bu günədək icra olunmaması bu təşkilatın nüfuzuna çox ciddi zərbədir. Ona görə də həmin qətnamələrin məcburi şəkildə icra olunmasının mexanizmi yaradılmalıdır.
Son vaxtlar dövlət sərhəddində baş verən təxribatlar, ermənilərin torpaqlarımıza yenidən riyakar hücum və diversiya cəhdləri, Qarabağa “Asala” və “PKK” terror təşkilatlarının üzvlərini köçürməsi onu göstərir ki, Ermənistan dövlətinin rəhbərləri üçün hansısa sülh danışıqları əhəmiyyətsizdir.
Sülh danışıqlarını aparmaq üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə tamamilə yarıtmazdır.
Son vaxtlar Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olması, terrorçu dəstələrə qarşı daim mübarizə aparan türk ordusunun təcrübəsindən yararlanmağımız və nəhayət 30 ildə düşmənin sülh istəyimizə əhəmiyyət verməyərək terrorçu əməllərindən əl çəkməməsi torpaqlarımızı azad etmək üçün hazırda bir zəmin yaratmışdır. Artıq Azərbaycan cəmiyyətində heç kəs torpaqlarımızın sülh yolu ilə qaytarılacağına inanmır. Düşmən məhz ordumuzun gücü ilə torpaqlarımızdan çıxarılmalı, Qarabağda olan “PKK”, “Asala” və digər terror təşkilatlarının üzvləri fiziki cəhətdən məhv edilməli, məcburi köçkünlərimiz öz doğma yurdlarına qaytarılmalıdır.
Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Ordumuzun yaxın günlərdə doğma torpaqlarımızı erməni terrorçularından təmizləyəcəyinə ümid edərək bu müqəddəs yürüşdə ölkə rəhbərinin daim yanındayıq. Allah Azərbaycanımızı qorusun!"