-
- 3-10-2020, 12:42
- 552
Tağıyevin nəticəsi Fransa KİV-də Azərbaycanın mövqeyini müdafiə etdi
Fransanın “Grand Continent” xəbər portalında “Dağlıq Qarabağ müharibəsi” ("Nagorno-Karabakh: la guerre des récits") başlıqlı məqalə dərc olunub.
News24.az xəbər verir ki, Azərbaycan və Ermənistan arasında gedən müharibədən bəhs edən məqalədə görkəmli Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı Alban Klodun (Alban Claude) fikirlərinə də yer verilib.
O, xatırladıb ki, Ermənistanın işğalçı siyasəti nəticəsində milyona yaxın azərbaycanlı öz doğma yurdundan didərgin salınıb.
“Bu, dunyadaki məcburi köçkünlərin ən böyük kontingentlərindən biridir. Təəssüf ki, ATƏT-in Minsk qrupu ölkələrinin bu məsələyə marağının az olması və danışıqları uzatması nəticəsində, indiyə qədər nəzərəçarpan bir irəliləyiş əldə olunmayıb. Əgər Fransanın Qafqazda dünya dövləti kimi hərəkət etməyə istəyi, marağı, imkanı yoxdursa, öz yerini möhkəm sülhün yaranmasında iştirak etmək niyyətində olan əsl neytral ölkəyə təhvil verməlidir” - deyə A.Klod vurğulayıb.