Hacı Zeynalabdin Tağıyevin nəticəsi İLK DƏFƏ BAKIDA - VİDEO
    • 30-10-2019, 16:53
    • 2 814

Hacı Zeynalabdin Tağıyevin nəticəsi İLK DƏFƏ BAKIDA - VİDEO

Milli Azərbaycan Tarixi Muzeyində H.Z.Tağıyevin Fransada yaşayan qohumu ilə görüş keçiriləcək.

News24.az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu Alban Klod ilə görüş keçiriləcək. Azərbaycana ilk dəfə gələn Alban Klod H.Z.Tağıyevin ikinci oğlu Sadıxın kötükcəsidir. İxtisasca tarixçi olan A.Klod qədim dövr tarixinin tədqiqi ilə məşğuldur, həmçinin Qacarlar sülaləsinin tarixi ilə maraqlanır.

Görüş noyabrın 1-də saat 11.00-da muzeyin konfrans zalında keçiriləcək.

Giriş sərbəstdir.