"Biz birik, biz güclüyük" - Aytən Yadigarova - VİDEO
    • 3-10-2020, 17:48
    • 694

"Biz birik, biz güclüyük" - Aytən Yadigarova - VİDEO

Bu gün hər kəsin ürəyi Qarabağda döyünür. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev və şanlı Ordumuzun bizə zəfər sevinci yaşadacaqlarına tam əminik. 

"Novator" Tədris Mərkəzi Aytən Yadigarovanın rəhbərliyi ilə Azərbaycanın qüdrətli Ordusuna dəstək üçün video-çarx hazırlayıb. 

Mərkəzin direktoru A.Yadigarova bütün ürəyi ilə hazırda tarix yazan Azərbaycan dövlətinin və rəşadətli əsgərimizin yanında olduğunu diqqətə çatdırıb: "Minilliklər və əsrlərlə, mərdlik və cəsarət, namus və şərəf adlı ən ali mənəvi dəyərlərin rəmzi - Azərbaycan adlanan bu ulu torpaq tarixin keşməkeşli mərhələlərindən keçərək bu günümüzə qədər yaşadı və tarixini yaşatdı.

Əminik ki, tezliklə ana Vətənimizin səmaları üzərindən qara buludlar çəkiləcək, Azərbaycan günəş kimi al şəfəqləri ilə torpaqlarının bütövlüyü və bölünməzliyi ilə dünyaya yenidən doğacaq. Biz birik, biz güclüyük. Biz mütləq qalib gələcəyik! Biz öz şərəfli adımızı tarixə qızıl hərflərlə yazacağıq. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!".