-
- 10-10-2018, 17:20
- 1 231
Bu qız 4 ildir yemək yemir
Kelli Bekers xroniki bağırsaq psevdoobstruksiyası adlı xəstəlikdən əziyyət çəkir. Bu nadir xəstəliyin səbəbi bilinmir.
Xəstəlik zamanı bağırsağın peristaltikası pozulur, qida bağırsaq boyu hərəkət etmir, bağırsaq keçməməzliyi ağırlaşır. Simptomları- ürəkbulanma, yeməkdən sonra qusma, ağrılar, köp, qəbizlik, halsızlıq.
Niderland sakini 27 yaşlı qız 4 ildir normal yemək yemir, yalnız süni yolla qidalandırılır. Bir neçə dəfə o sepsis olaraq ölümlə üz-üzə qalıb. Kelli daim bədənində nəcis qəbul edən cihaz gəzdirir.
Bütün bu dəhşətlərə baxmayaraq, Kelli xəstəliyindən və bədənindən utanmır, cəmiyyət arasına çıxır, həyatına davam edir. Xəstəliyi barədə bloq aparır, təbliğat işləri görür, idman klubunda çalışır.
Qız tək yaşamağa çalışır, onun qulaq yoldaşı isə itidir. İt sahibəsinin xəstəliyinin simptomları ağırlaşan kimi qaçaraq qonşulara xəbər verir.
//Medicina.az