23 yaşlı dünya çempionu İNTİHAR ETDİ
    • 11-03-2019, 10:46
    • 1 009

23 yaşlı dünya çempionu İNTİHAR ETDİ

ABŞ-da velotrek üzrə üçqat dünya çempionu Kelli Ketlin intihar edib.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 23 yaşlı idmançının atası qızının cansız bədənini Kaliforniya ştatındakı evində tapıb.

23 yaşlı idmançının hansı şəraitdə intihar etdiyi barədə açıqlama verilmir. İdmançının ölümü haqqında informasiyanı ABŞ Velosport Federasiyasının sədri Bob Demartini də təsdiqləyib.

Kelli Ketlin qadınlar arasında keçirilən velotrek üzrə 2016, 2017 və 2018-ci il dünya çempionatlarında qızıl medal qazanıb