-
- 4-10-2020, 18:01
- 1 384
Bərxudar ol, Mais GENERAL! - CƏBRAYILA BAYRAĞIMIZI SANCAN GÜC
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Twitter" səhifəsində Cəbrayıl şəhəri və rayonunun bir neçə kəndinin işğalçı Ermənistanın işğaldan azad edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, Cəbrayıla Azərbaycan Respublikasının Dövlət Bayrağını Azərbaycan ordusunun general-mayoru Mais Bərxudarov sancıb.
Mais Bərxudarov Qubadlı şəhərində anadan olub. Uşaq vaxtlarında güləşlə maraqlanıb. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub.
Ermənistan silahlı qüvvələri Qarabağı işğal edən zaman Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub.
1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verib. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz.
Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mais Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər.
1998-ci ildə baş-leytenant Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edib. O, bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür. 2012-ci ildə polkovnik Mais Bərxudarov "Vətən uğrunda" medalı ilə təltif edilib.
2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak etmiş, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak etmiş, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarmışdır. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb.
Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.