1 günə Tərtərə dəyən ziyan...
    • 5-10-2020, 10:39
    • 571

1 günə Tərtərə dəyən ziyan...

Cəbhədə döyüşlər davam edir.

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtərin yaşayış yerlərini atəşə tutmağa davam edir.

Sentyabrın 27-dən bu günədək düşmənin Tərtərin mərkəzi və kəndlərinə atdığı mərmilər nəticəsində 8 mülki vətəndaşımız həlak olub, 33-ü isə yaralanıb.

Ötən gün isə düşmənin atdığı top mərmiləri nəticəsində 3 ev tamamilə dağılıb, 35 evə isə ziyan dəyib.

Çoxmərtəbəli yaşayış binasında 3 mənzilə, 2 istehsal obyektinə və 1 sosial evə zərər dəyib, 2 nəfər yaralanılıb. 
Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 250 evə ziyan dəyib, 59 ev isə tamamilə dağılıb. /qafqazinfo/